| romeo83 |
Tarix: Şənbə, 2009-08-01, 19.19 | Mesaj # 1 |
Capitan
Qrup: Aktiv istifadəçi
Şərhlər: 688
Reputasiya: 27
Status: Offline |
Bir tarix müellimi vardi.tez tez söhbətlərimiz olardı.Ən çox bu sözü işlədərdi söhbətinin sonunda:-“biz hələ kütləyik,cəmiyyət deyilik.” Ne qeder doqru ne qeder yanliş bu ifade? Hələ lap uşaqlıqdan naqillarla böyüdüm,çoxları kimi.oxumağı öyrənəndən özüm oxudum bu nağılları,cırtdanından tutmuş sehirli nağıllarına kimi,hamısında da tebii ki.xeyr qələbə çalardı,haqq öz yerini tapardı,doğruluq qəhrəmanlıq tərəənnüm olunardı. Sonra məktəbə getdim,hələ ilk gündən “AZərbaycan” şerini necə şövqlə söylətdirib dinlədilər...Sonra ,sonra daha çox dastanlar naqıllar oxudum,romanlar,hekayələr,”şanlı tariximiz”,qəhrəmanlarımız,...beləcə həyata baxışım,məqsəd,məramım formalaşırdı.Qəlbimdə Böyük Azərbaycan deyə,azəri xalqı,azəri milləti deyə müqəddəs bir məhfum formalaşmışdı.öyünürdüm öz millətimlə,fəxr edırdım vətənimlə,özümü nece de xoşbəxt sanırdım ki mən məhz azərbaycanlı olaraq dünyaya gəlmişəm,bütün millətlərdən güclü,qüvvətli,düzgunlükdə ədalətdə birinci sanardım öz xalqımı... Şəxsimdə yazdıqım bu şeylər məncə bir çoxlarına aiddir... Indi bilmirəm məktəblərdə vəziiyyət necədi.bizim inşlarımızin mövzusu qəhramanlıq,vətən fəxr etdiyimiz şairlər ədiblər...mövular dəyişməyib yaqin ki,ama şəxsən mən bu mövzuları seve seve fəxrlə yazardım...belecə məktəb illəri də bitdi,sora ali məktəb həyatı da... Dəyişən nədi ki?mən həmin insanam...siz də mənim kimi düşünənlər də...ya bəlkə də dəyişmişik?yox həiqəti gordük.bu “qəhrəman xalq” tarix boyu ən çox zülmə,işğala, əsarətə məruz qalan xalqdır.bəs niyə?axı qəhrəmanları çox olan xalq... Hə çox uzaqa getdim.hələ biz öyündüyümüz bu doğru insanlardan nələr gördük?yalanlar,fırıldaqlar,nələr nələr uzun uzun saymağa nə ehtiyac var... Yaxşı şeylər çoxdu,və yenəd də xoşbəxtəm ki mən azərbaycanlıyam(inamlami?)ama mən bir vaxt uşaq məsumluğu ilə fəxr etdiyim o xalqımı görmədim yetkinliyimdə.siz nece? Çox uzun yazdım bilirəm mövzumun qayəsi nədi?cəmiyyətimizin çatışaz cəhətlərini bir bir saymağa ehtiyac yoxdu.bu gün ele misalçın bu forum üzvlərini dindirsək hamı bir sesle haqsizliğa etirazını bildirər daha düzü bildirəcək 100%.elece də hər hansı bir foruma qrupa bloka nəzər salıramsa elə işlərində ən savadsızı vətənpərvərlikdə zəif olanı mənəm.ama düzələn şeylər çox azdı.niyə?niyə?nə etməliyik?öyündüyümüz qəhrəman ədalətli,xalqımız hər şeyi niye yoluna qoya bilmir?bu gün net çox şey demekdi bilirem .net vasitesi ile çox heqiqetleri dünyaya bəyan edmək olar bunu da bilirəm.ama bunu da bilirəm ki komputer arxasında oturub net üzerindən cəmiyyətimizi düzəldə bilmərik.(bəlkə də deyəcəksiz ki nə dəxli var,)biz gənclər düşünək nə etməliyik? Tesvir edek ki burdakı userlər hərəmiz cəmiyyətin aparıcı bir simasıyıq.azad,təmiz sözünü deyə bilən cəmiyyət qurmaq üçün saflaşmaq üçün ne ederdik???? (yazıdakı qüsurlara görə əvvəlcədən üzr istəyirəm) P.S.Ey türk milletim!Özünə qayit! Sən özünə qayıdanda böyük olursan! 
|
| |
| |
| mehriban-p |
Tarix: Bazar günü, 2009-08-02, 10.52 | Mesaj # 2 |
Ən Böyük Nəzarətçi !!! imza:xancano
Qrup: Admin
Şərhlər: 2455
Reputasiya: 69
Status: Offline |
hər bir insanın (hardasa eynilik təşkil etsə də) həyata, yaşama baxış tərzləri var. dindirsək üzdə 90% millətimizin nümayəndələri vətənini sevdiyini, torpaqlarının alınmasını arzuladıgını deyəcəklər, ürəklərinə, beyinlərinə nəzər salsaq hər kəsin beynində öz gəliri-çıxarı, özünə sərf edəni düşündüyünü görərik, bir tərəfdən baxsaq bu normaldı, saglam düşüncə tərzidi demək olar. amma bu düşüncələrlə yaşadıqda yalnız özümüzü və dar məsafədə bizə yaxın olan əzizlərimizi düşünürük.çox zaman özümüzün xeyrinə çalışarkən bu xeyirin digərlərinə zərər bahasınz başa gəlməsini unuduruq da deməzdim, bir növ fərqinə varmırıq. amma halbulki bir millət olaraq bir-birimizi istəyib, bir müsəlman olaraq bir-birimizə zərər vermədədn də yaşaya bilərik. 
Боль! Отпусти меня, прошу! Бьётся сердце, чуть дышу! И, поверь мне, я в любовь не играла... p.s.həyatımızda nə baş verirsə hamısı yaxşılıga dogrudur |
| |
| |
| saleh_mehdiyev |
Tarix: Çərşənbə axşamı, 2009-09-01, 11.49 | Mesaj # 3 |
Serjant
Qrup: İstifadəçi
Şərhlər: 75
Reputasiya: 7
Status: Offline |
azerbaycanlilar ona gore pis gundediler ki hemse konservativ xalq olub . oleri hec vaxt yeniliyi qebul etmeyib. gerek kimse gelib yeritsin, ve her deyilene tezlikle inanib. indide konservativliyimizi subut elemeye ehtiyac yoxdu ( diqqetle dusunun ) realliqa qaldiqda ise men neyin real neyin xeyal oldugunu insanin ozu qerar vermelidi. bu anlayislar konkret deyil mence. cemiyyetin qebul elediyi realliq sayilmamalidi 
fərdi bir döyüş |
| |
| |