LENİN haqqında bilmədiklərimiz. - Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!!

http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr


Giriş


Dostlar

Mini chat

Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


















































































Cümə axşamı, 2014-07-31, 06.16ƏsasRegistrationLogin
Welcome Qonaq | RSS
[ Son cavablarİstifadəçilərQaydalarAxtarışRSS ]
LENİN haqqında bilmədiklərimiz. - Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!!
sayt artıq işlemir !!!
yeni adresimiz:
Page 1 of 11
Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!! » Maariflənmə » Tarixi dəyişdirənlər seriyası » LENİN haqqında bilmədiklərimiz.
LENİN haqqında bilmədiklərimiz.


admin Tarix: Bazar günü, 2008-10-12, 23.29 | Mesaj # 1
Fakultesine nefret eden DoktoR
Qrup: Admin
Şərhlər: 2956
Reputasiya: []
Status: Offline
Gülnarə RƏFİQ. "Lenin - proletariatın dahi rəhbəri miflərdən uzaq simada"
«Nacins, mənəvi cəhətdən sarsaq, əbləh olan Lenin öz fəaliyyəti ilə dünyada ən varlı ölkələrdən birini yerlə-yeksan elədi, bir neçə milyon insanı qırdı. İndi dünya o qədər havalanıb ki, onun dahi, yoxsa İblis olması barədə mübahisələr də eləyir. Qanlı taxtına dırmaşanda artıq o, 4 əlli dayanmışdı. İngilis fotoqrafları onun şəklini çəkmək istəyəndə o, dilini çıxarıb hırıldayırdı. Təkcə Rusiyaya görə yox, bütün Avropaya görə narahat olursan. Axı, Allahın qəzəbi mütləq insanların başına düşəcək, bu, həmişə belə olub…».
Bunin
«Bir dənə Açiya istilaçısı, nə Tamerlan, nə Çingizxan Lenin qədər şöhrətə layiq görülməyib. Onun məqsədi dünyanı xilas etmək, üsulu isə dünyanı partlatmaqdır. O hər şeyi, Allahı, çarları, ölkəni, əxlaqı, məhkəməni, borcu, maraqları, qanunları, əsrlərin ədətlərini, insan cəmiyyəti kimi strukturları - hamısını ayaq altına saldı. Nəhayət o özünü də məhv elədi». U. Çerçel

Anormal və həyasız
Evdə üçüncü uşaq olan Volodya ilk illər valideynlərini narahat eləyirdi. Bacısı Anna yazırdı ki, o, çox səs-küylü və qışqırıqçı idi. Çox yavaş inkişaf eləyir və özünə qarşı həmişə diqqət tələb eləyirdi. Özündən yaş yarım kiçik bacısı ilə eyni vaxtda gəzməyə başlayan Volodya, ondan fərqli olaraq, yıxılan kimi başını yerə çırparaq çığırıb köməyə çağırırdı. O vaxilar anası da çox narahat idi ki, görəsən, uşağı əqli cəhətdən geri qalmayıb ki? Çünki Volodya doğulanda mamaça çağaya baxıb qəribə görkəmli uşağın ya qeyri-adi ağıllı, ya da son dərəcə axmaq olacağını ehtimal eləmişdi.
Amma gimnaziyada o, özünü çox yaxşı aparırdı. Düzdür, heç kimlə dava eləməsə də, hes kimlə dostluq da eləmirdi. Özü sataşan olmasa da, ona artıq söz deyənlərin cavabını verə bilirdi. Artıq ilk siniflərdə Volodya dərslərin özünə də dəyər verməyi bacarırdı. Hansı dərslə məşğulluğun vacib, hansının boş, lazımsız olduğunu özü təyin eləyirdi. Ona görə də 9 yaşında musiqini və gözəl rəsm çəkmək qabliyyətinə baxmayaraq rəssamlığın daşını atdı.
Vladimir İliç, yoxsa İvanoviç?
Uzun illər bizim beynimizə yeridilən idellik səhnədə,adətən, ana piano arxasındadır, uşaqlar hamısı kitab oxuyur, haradasa bir qıraqda ailə başçısı İlya Nikolayeviç durub, çox vaxt isə iş masası arxısındadır. Amma ailənin daimi qonağı olan həkim İvan Sidoroviç Pokrovskinin adını heç yerdə çəkmirdilər. Amma onlar, yəni anası Mariya Aleksandrovna ilə ailə həkimi münasibətlərini gizlətmirdilər. İlya Nikolayeviç daim işlə bağlı səfərlərdə olanda onlar birlikdə şəhərdə gəzişməkdən, əl-ələ tutmaqdan çəkinmirdilər. Əsl atasının adını götürsəydi, Lenin Vladimir İliç yox, İvanoviç olmalıydı. Moskvada Leninin Mərkəzi muzeyində Vladimir Ulyanovun Sankt Peterburq İmperator universitetini bitirməsi barədə diplom saxlanılır. Orada Vladimir İliç yox, İvanoviç yazılıb. Sonradan cızıqlanıb üstündən İliç əlavəsi edilib. Maraqlıdır, görəsən, səhv yazılmış diplomunu Ulyanov niyə geri qaytarmayıb, yaxud sonradan dəyişdirməyib? Deyəsən, marksizm-leninizm tarixçiləri bu dəfə də siyasi liderlərinin bioqrafiyasına müdaxilə eləyib onun atasının adını belə kobud tərzdə dəyişdiriblər. Leninin xatirələrini «redaktə» eləyən bacısı da sonradan ailə həkimi obrazını mümkün qədər az ortaya atmaqçün bəzi dəyişikliklərə yol verib. Leninin əsl atası tarixə ona ilk inqilabi kitabları verən «tanış həkim» kimi daxil ola bilib.
Ailə də siyasi addımdır
23 yaşında olanda bacısının rəfiqəsi Apollinariya Yakubova ilə onun arasında incə hisslər yaşanırdı. İkl dəfə həbsdən çıxanda Kuboçka adlandırdığı bu qız onu türmənin qapısında gözələyirdi ki, boynuna sarılsın. Amma Apollinariya Vladimirin pəncərələri altında keşik çəkməyə Nadejda Krupskaya adlı rəfiqəsi ilə birgə gələrdi. Ona görə də bəzi bioqraflar hesab edir ki, Krupskaya ilə Leninin nigahı daha çox siyasi addıma bənzəyir. Özü seçməli olsaydı, incə hisslər bəslədiyi Apollinariyani seçərdi.
30 yaşında olanda Ulyanov Parisdə İnessa Armand adlı yarı fransız, yarı ingilis olan xanımla tanış olur. 5 uşaq anası və dul qadın olan İnessa, fotolara inansaq, Nadejda Krupskayadan fərqli olaraq çox gözəl idi. Krupskaya və Armandın münasibətləri pis deyildi. Çünki 1911-ci ildən etibarən Ulyanovların qonşuluğuna köçən Armand ailə dostuna çevrilmişdi. Həm də sonsuzluqdan əziyyət çəkən Ulyanovlar ailəsi Armandın 5 uşağı ilə başını qatırdı. Onlar Parisdə də, sonradan Moskvada da həmişə qonşuluqda yaşayıblar. Armand Leninə tərcümələrdə kömək eləyir, şəhərkənarı gəzintilərdə, dil öyrənmək dərslərində birlikdə olurdular. Amma İnessa feminizm haqqında kitab yazıb «azadlıq və sevgi» tələb edəndə Lenin onun yazdıqlarını «proletarlıqdan uzaq burjua münasibətləri» adlandıraraq tənqid eləyəndən sonra onların münasibətləri soyudu.
Komadakı cənnətdə
Leninin son zamanlar aşkarlanmış məktubları onun ailəcanlı obrazına yeni, hətta gözlənilməz çalarlar qatdı. Leninin Razliv stansiyasında təqibdən gizlənib samandan düzəldilmiş komada yaşaması faktını sovet tarixçiləri tamam başqa cür təqdim edirdilər. Əslində o, Zinovyevlə birgə orada istirahət eləyir, balıq tutur, gün vannası qəbul eləyib hərdənbir inqilabın kursunu müəyyən edən yazılar da yazırmış. Leninin Zinovyevlə cinsi əlaqələrini sübut eləyən bir sıra məktubları qalıb. Lenin : «Yoldaşlar mənə bir sakit və təhlükəsiz yer təklif eləyirlər. Mənə qoşul, hamıdan qıraqda gözəl günlər yaşaya bilərik. Mənimlə təklikdə qalmaq istəsən, xəbər elə. İki nəfər üçün yer hazırlamağı tapşıraram…»
Zinovyevin vafalılıq andı: «Əzizim Vova. Bilsən səninçün nə qədər darıxmışam. Səndən sonra mən heç kimə əlimi də vurmamışam... ».
Zinovyev keçmiş günləri belə xatırlayır: «Mənə cavab yazmırsansa, deməli, unutmusan. Mənsə ikimizçün gözəl bir yuva qurmuşam, burada bizə heç kim mane olmaz. Yadındadır, Jenevada o qadından gizlənməkçün nə oyundan çıxırdıq? Bu dəfə bizi heç kim ayıra bilməz…». O qadın deyəndə, Nadejda Krupskaya nəzərdə tutulurdu. Nadejda onları bir yerdə haqlayaraq izahat tələb eləmiş, sonra Leninin tam etirafını dinləyib o da bu əhvalatın ört-basdır edilməsində yaxından iştirak edirmiş. Sevgililər arasında arabir qısqanclıq səhnələri də yaşanırdı: «Vova, səndən uzaq olanda mən hər dəfə sənin mənə xəyanət elədiyini düşünürəm. Xasiyyətini tanıyıram axı, ay dəcəl. Mən bilirəm ki, riyakarlıq eləmək sənə necə çətindir. Yaxşı ki, Nadyadan heç nə gizləmək lazım deyil…», «… Qısqanclığımın səbəbi var. Mən bəyəm bilmirəm ki, iri aləti olan kişi görəndə sənin balaca gözlərin necə yanır? Yəqin ki, Leybanı (Leyba Trotski - G. R) sən yoldan çıxarmısan». Cavabında Lenin yazırdı: «Məndən incimə, Qerşele. Bilirsən ki, mən nəvazişsiz qala bilmirəm. Xüsusilə də belə siyasi gərgin vaxtlarda. Leyba isə məni qayğıyla əhatə eləyir. Sən mənə bu zəifliyimi bağışlarsan, yəqin». Əlbəttə ki, bütün məktublaşmalardan xəbəri olan Krupskaya onların əlaqəsini sonacan gizləmək fikrində deyildi, xüsusilə də Lenin yaralanandan sonra: «Xahiş edirəm, mənim ərimi görüş haqqında yalvarışlarınızla təngə gətirməyəsiz. Bu arsızlığa nə qədər dözməliyəm?! Bilirsiz ki, İliç xəstədir və sizin şuluqluğunuz ona baha başa gələ bilər. Mən ərimin sağlamlığının qeydinə qalıram…».
Bu məktublar uzun illər arxivdə xüsusi gizlilik şərti altında saxlanıb. Stalin onları oxumuşdu, amma nədənsə məhv eləməmişdi. O, bu məktubları Lenin obrazını yıxmağa qadir olan güclü silah kimi saxlayırdı…
Dahilərin dahisi, yoxsa atom bombası
Bu yaxınlaracan milyonların baş əydiyi insana dahilərdən dahisi də deyirdilər. Bəli, o, dahi taktikaçı və qiyamlar dövrünün siyasətçisi idi. Rus xalqına tələ quranlar başqaları olsa da, onun partiyası qalib gəlmişdi. Qalib hüququndan istifadə edərək, o, öz dövlətini yaratdı. Ona antixrist, mürtəd və İblisin qarışığı deyən Qriqoriy Klimov Leninə özündən sonra nəsil qoymadığı və nacinslər törətmədiyi üçün minnətdarlıq eləyirdi. Onu alman casusu sayırdılar. Çünki Almaniya və Rusiya arasında müharibə zamanı surğuclanmış vaqonda onu atom bombası kimi Rusiya ərazisinə ötürmüşdülər. Həqiqətən də Leninin fəaliyyəti rus xalqı üçün atom partlayışı kimi oldu. Mənbələrin əksəriyyəti Lenini rusofob, yəni rus xalqından qorxan adlandırır. Əslində isə o, qanında rus, yəhudi, çuvaş, kalmık, alman və şved qarışığı olsa da özünü rus sayırdı.
Lenin meydana atılanda nə Rusiyada, nə də xaricdə heç kimin ağlına gəlməzdi ki, bolşeviklər hakimiyyəti ala bilərlər. Lenin çıxışlarını şəraitə uyğun qurur, sonra onları qəribə öncəgörməliklə korrektə eləyirdi. Lazım gəlsəydi, Marks təlimini qulaqlarından tutub lazımi istiqamətdə «sürüyə» də bilərdi. Siyasətçi kimi o, ən əvvəl azartlı oyuncu idi. Cəsarətli, əzmli, ağıllı və təcrübədən tez nəticə çıxarmağı bacaran oyunçu.
Qırmızı terror
Lenin terrorun ən güclü tərəfdarı və ilhamlandırıcısı idi. Aktiv hərbi əməliyyatlar vaxtı Lenin bir sıra terror əmri verən sənədlər imzalayıb: «… Bütün qüvvələri səfərbər eləyib kütləvi terror törətmək lazımdır. Əsgərləri yoldan çıxaran və içirdən yüzlərlə fahişənin hamısını güllələmək gərəkdir… »
Lenin vaxtaşırı Qafqaza belə məzmunlu teleqramlar göndərirdi: «Hamısını doğrayacağıq!».
Dzerjinskinin bir milyona qədər kazakın əsirlikdə olması barədə məşhur məktubunun qırağında Lenin «Hamısını bir nəfər kimi güllələmək!» yazmışdı. Lenin Penzadakı bolşeviklərə belə bir əmr göndərmişdi: «100 nəfər varlı kəndlini asmaq, mütləq asmaq lazımdır ki, xalq görsün. Bu edamı yerinə yetirməyə ən qəddar adamları seçmək gərəkdir».
Dzerjinskiyə məktubundan: «Din və keşişlərin axırına mümkün qədər tez çıxmaq lazımdır. Keşişləri kontrinqilabçılar kimi həbs eləmək və hər yerdə qəddarcasına güllələmək lazımdır. Kilsələri bağlayıb məbədləri anbarlara çevirmək yaxşı olardı».
Stalin və Lenin
Tarixə «Leninin vəsiyyətnaməsi» adıyla daxil olmuş sənəd 1956-cı ilə qədər çox böyük səylə xalqdan gizlədilirdi. Çünki bu sənəddə Lenin Stalin haqqında belə yazırdı: «… Yoldaş Stalin baş katib olandan bəri əlində böyük hakimiyyət topladığından, mən əmin deyiləm ki, o, bu hakimiyyəti lazimi səviyyədə istifadə edə biləcək. ..Stalin çox kobuddur. Ona görə də mən həmən vəzifəyə başqasını qoymağı məsləhət bilirəm… »
Köhnə çekistlərin danışdıqlarında az qala lətifə kimi yayılan amma olmuş bir əhvalat var. Krupskaya bir dəfə Stalinə şikayət eləyir: «Lenin idarəsindəki bütün cavan qızlarla yatıb, indi başqa şöbələrə əl atmaq istəyir. Xahiş edirəm Mərkəzi Komitəni yığıb bir tədbir tökəsiniz…». Bu məsələ ilə bağlı iclasda hamı, hətta Lenin özü də təbəssümünü yığışdıra bilmirdi. Müzakirələrdə Lenin, şübhəsiz, günahkar sayıldı və qərara alındı ki, Krupskayanı partiya işlərindən azad etmək lazımdır ki, dahi rəhbərin arvadı kimi öz evlilik borcunu layiqincə yerinə yetirə bilsin. Nadejda Krupskayanın qapını çırpıb getməkdən başqa əlacı qalmamışdı. Məhz bu hadisədən sonra Stalin Krupskayaya qarşı olan antipatiyasını gizlətmədi. Krupskaya isə qisas kimi Leninin Stalinə ünvanladığı məktubların vaxtında çatmasına maneçilik yaradırdı.
İblisin məbədi Movzoleydə
Leninin ölümü hələ də 20-ci əsrin sirrlərindən biri kimi qaranlıqda qalmaqdadır. Stalinin Lenini zəhərləməsi versiyası təsdiqlənməsə də, səngimək də bilmir. Lenin yataqda olarkən Stalin partiya dostları arasında belə bir fikir yayırdı ki, Lenin əzablarının bitməsi üçün zəhər gətirməyi Stalindən xahiş edib. Trotski hesab edirdi ki, Stalin bununla özünü sığortalayır. İflicdən rəhmətə gedən Leninin meyiti dərhal analizlərdən keçirilmədiyindən, bu şaiyələr bir az da artmışdı. Çünki 16 saat sonra yarılan bədəndə ürək, ciyərlər və böyrəklər çox yaxşı vəziyyətdə olsa da, mədənin divarları dağım-dağım idi. Buna baxmayaraq, mədə şirəsi analiz edilməmişdi. Leninin ölüm bülleteni altında onun şəxsi həkimi öz imzasını atmamışdı. O, hesab edirdi ki, yarılma keyfiyyətsiz icra edilib. Leninin ölümündən sonra həbs edilən daha bir həkim Qavriil Volkov türmədə kamera yoldaşına danışmışdı ki, Lenini sonuncu görən məhz o olub. Lenin ölümqabağı əyri-üyrü həflərlə yazılmış kağız parçasını ona ötürə bilmişdi. Orada yazılmışdı: «Qavriluşka, məni zəhərlədilər… Nadyanı tez çağır…Trotskiyə de…, bacarsan hamıya danış… ».
Müəllif : 3_Rengli_HeyaT



Məqsədsiz gələcəyə doğru addım addım ilərləyən narsist...
 


RHB Tarix: Çərşənbə axşamı, 2008-10-21, 21.06 | Mesaj # 2
Qrup: Removed
Şərhlər:
Reputasiya: []




Onun haqqinda bilmesem YAxsidir :)


 


ferid55 Tarix: Cümə axşamı, 2008-12-04, 23.22 | Mesaj # 3
F E R İ D
Qrup: Aktiv istifadəçi
Şərhlər: 844
Reputasiya: 33 []
Status: Offline
YAXŞI İNSAN OLMAYIB BİLDİYİM QƏDƏRİLƏ.....


"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!"
 


psiko_turanci Tarix: Şənbə, 2009-03-28, 01.04 | Mesaj # 4
Capitan
Qrup: Redaktor
Şərhlər: 618
Reputasiya: 21 []
Status: Offline
Bildiyim qeder ile bir qadın öldürüm Lenini.Helede müemmalıdır.Nece ölüb?Kim öldürüb.Bu barede melumat toplayan kimi yazaram.



Kitabımız QURAN,Xeyalımız TURAN.!
 


cakoo7 Tarix: Cümə axşamı, 2009-04-23, 15.32 | Mesaj # 5
Jacob`s
Qrup: Aktiv istifadəçi
Şərhlər: 448
Reputasiya: 14 []
Status: Offline
Quote (psiko_turanci)
Helede müemmalıdır

Dahi, casus, fırıldaqçı, homoseksual, diktator...

Added (2009-04-23, 15.32)
---------------------------------------------
Leninin Dzerjinskiyə məktubu

“Əziz Feliks! Mənə elə gəlir ki, başıma gələnlərin hamısı Stalinin və onun yanında olanların işidir. Bu, dəhşətlidir. Məni faktiki olaraq partiyadan və cəmiyyətdən təcrid ediblər. Dünən mühafizəni ikiqat artırıblar. İndi haradasa onların sayı 100-ə yaxındır. Hətta mənim üçün cığır da ayırıblar ki, yalnız orada gəzməliyəm. Başqa yola çıxmağa qətiyyən ixtiyarım yoxdur. Necədir, sənin üçün? Məgər bu, normal münasibətdirmi ki, "VÇK"dan kiminsə əmriylə mənə qarşı xüsusi təlimatlar tətbiq olunur? Bu təlimata əsasən, mənimlə danışa, məndən poçt qəbul edə, mənə heç nə deyə bilməzlər və sair və ilaxır. Bunu necə başa düşək? Mən son vaxtlar dəfələrlə Sizinlə, yoldaş Kalininlə, Bonç-Bruyevçilə, Kamenevlə, hələ sadəcə olaraq görmək arzusunda olduğum adamlarla görüşmək istədiyimi bildirmişəm. Ancaq düz 3 aydır ki, mənim yanıma heç kimi buraxmırlar. Tam təcrid olunmuşam. Telefonu bağlayıblar. Stansiyadan olan xanım deyir ki, Moskva ilə əlaqə yoxdur. Bu nə hoqqabazlıqdır, Allahım. Mən artıq özümü yaxşı hiss eləməyə başlamışam. Ancaq mənə elə gəlir ki, məni ya zəhərləyəcəklər, ya da öldürəcəklər. Mühafizə öldürəcək, həkimlər zəhərləyəcək. Mən nə edim? Qaçım? Mümkün deyil. Hər addımı izləyirlər. Deyirlər ki, bunları xoş niyyətdən edirlər. İnanmıram. Mən başa düşürəm ki, hər şey tezliklə qurtaracaq. İnanmazsan, həkimlər mənimlə dəli adamla, ya da başdanxarab uşaqla danışan kimi danışırlar.



"DÜŞMANIMI CESUR VE KUVVETLİ YAP. EĞER ONU YENERSEM UTANÇ DUYMAMAYIM. ....
 


clumsy Tarix: Cümə axşamı, 2009-04-23, 15.40 | Mesaj # 6
O p t i m is T
Qrup: Admin
Şərhlər: 1602
Reputasiya: 53 []
Status: Offline
Leninin ad günü

“Vladimir İliç Lenin (Ulyanov) 1870-ci ilin aprel ayının 22-də Simbirisk şəhərində ziyalı ailəsində doğulub...”

Dünən Leninin ad günü idi. Uşaqlığımda necə əzbərləmişəmsə, nə vaxtsa yadımdan çıxacağını ağlıma belə gətirmirəm: “Vladimir İliç Lenin (Ulyanov) 1870-ci ilin aprel ayının 22-də Simbirisk şəhərində ziyalı ailəsində doğulub...”
Demək olar ki, orta məktəb dərsliklərində Leninin həyatı bu cümlə ilə başlayırdı. Məktəbə gedər-getməz oktyabryat nişanını yaxamıza taxdılar. İçində qıvrım saçlı bir uşaq: Volodya. Sonra boynumuza bağladılar, qalstuk şəklində. Sonra da komsomol dedilər. Yenə yaxamıza taxdılar. Ardınca partiya, kitablar, dərsliklər, qurultaylar, şəkillər, heykəllər, nə bilim, daha nələr...
Bir vaxtlar Leninin əsərlərini çap eləməyə başladılar. Əvvəlcə təbii ki, Moskvada rus dilində çıxdı, sonra da bir düymənin basılması ilə bütün müttəfiq respublikalar o əsərləri öz dillərinə çevirməyə başladılar. Tünd göy rəngli cilddə çap olunmuş o kitabların sayını nə o zaman öyrənə bildim, nə də indi bilirəm. Amma, hər halda, 50 cilddən az deyildi. Tələbəlik illərində də ən çox canımızı sıxan, ağzımızın dadını qaçıran elə o Sov.İKP tarixi və Leninin əsərləri oldu.
O qədər şeirlər, poemalar yazıldı, kinolar çəkildi ki... Leninə əsər yazanlar böyük-böyük mükafatlar aldılar, Leninə yazılmış əsərlərdən ilhamlanıb elmi əsərlər yazanlar da alim oldular, professor oldular, ev-eşik aldılar, maşın aldılar, şöhrət qazandılar, iş başına keçdilər. Nə qədər keçmiş, əski sayılsa da, görün nə qədər sadə və rəvan bir dildə yazılıb:

Açıldı gözəl səhər,
İşıqlandı obamız,
Azadlıq verdi bizə,
Lenin əziz babamız.

Hamısı keçdi, getdi. Bu yaxınlarda bir rayona getmişdim və maşın qarajının bir küncündə Leninin dörd yerə bölünmüş mərmər heykəlini görəndə dolaşıq duyğular yaşadım. Bu heykəlin qabağına nə qədər gül-çiçək düzmüşdülər. Pionerə, komsomola keçəndə and içmişdilər. O mərmərləri od qiymətinə Ukraynadan gətirirdilər. Ətək-ətək pul töküb heykəl düzəldib, şəhərin mərkəzində dikəldirdilər. Cəmiyyət dəyişən kimi dörd yerə bölüb qarajın bir küncünə atmışdılar.
Ah, bu heykəllər, heykəllər...
Dünən Leninin ad günü idi.

zaman
-dan



Никогда ни у кого ничего не прoси.Просто отними,и пусть просят у тебя.А ты подумаешь:)))
 


CCCP_AZADLIQ Tarix: Şənbə, 2009-08-22, 20.30 | Mesaj # 7
Capitan
Qrup: Aktiv istifadəçi
Şərhlər: 398
Reputasiya: 2 []
Status: Offline
Kommunizm gozel idi, ela deyilmi?

Added (2009-08-22, 20.30)
---------------------------------------------
Lenine qarshi bu qeder qeddar ve bu qeder haqsiz danishmaga subutunuz ve ixtiyariniz yoxdur. Leninin 1994-cu ilde ashkarlanmish shexsi xatirelerinin son bolmesini oxusaniz bela demezdiniz. Orada bu cumle yazilib: menim yegane amalim insanlarin xoshbextliyidir. -- Hemde siz ne deyirsiniz deyin onsuzda dunya cemiyyetinin en son merhelesi KOMMUNIZM olacaq. Neca ki, ilk merhelesi KOMMUNIZM olub.



 


ESE Tarix: Çərşənbə axşamı, 2009-08-25, 19.48 | Mesaj # 8
Capitan
Qrup: Admin
Şərhlər: 698
Reputasiya: 26 []
Status: Offline
Quote (CCCP_AZADLIQ)
Leninin 1994-cu ilde ashkarlanmish shexsi xatirelerinin son bolmesini oxusaniz bela demezdiniz.

Goster oxuyaq.



 


Langdon Tarix: Cümə, 2009-08-28, 23.04 | Mesaj # 9
General
Qrup: Admin
Şərhlər: 413
Reputasiya: 12 []
Status: Offline
Quote (RHB)
Onun haqqinda bilmesem YAxsidir smile

sozum yoxdu biggrin


fuck the system
 


Tolomes Tarix: Çərşənbə axşamı, 2009-09-01, 21.52 | Mesaj # 10
Serjant
Qrup: İstifadəçi
Şərhlər: 35
Reputasiya: 1 []
Status: Offline
cox teesuf bu dunya insanlarina kiminse "shexsi heyati" daha maraqli olur. halbuki bu bosh belkede qondarma meselelerle sadece bash qatmaq olar.ondansa Lenin kitablarini oxumaq daha faydalidir.

Added (2009-09-01, 21.52)
---------------------------------------------
Lenin öz fəaliyyəti ilə dünyada ən varlı ölkələrdən birini yerlə-yeksan elədi
bu fikrin sahibinin aglina subhem var.



 


TimothyKl Tarix: Bazar günü, 2014-07-06, 07.12 | Mesaj # 11
Qrup: Qonaq
Şərhlər:
Reputasiya: []




wbfxwakxqptetbimjndlpzashxsvdljadmuydsevpnsj
Friesen was a Elder http://www.marioslafiesta.com/ - Nike Free Run 2 Femme Pas Cher Manager at Bearing Station http://www.alaskakingsinn.com/ - Nike blazer en ligne, a consulting firm, and from 1998 to 2002 was a Older http://clickjacksonville.com - Nike Blazer pas cher femme Superintendent at Arthur Andersen LLP. Mr. Friesen received a Bachelor of Science http://www.homesupplyusa.com/ - nike free 5.0 in BusinessAdministration http://www.tierney3d.com/ - Nike Roshe Run Vente en ligne from Indiana University and a Manager http://www.imageskankakee.com/ - Cheap Nike Roshe Run sale of Province http://www.xerotek.net- montre guess femme Management http://ugagradschool.net - Nike Air Max Shoes from the University of Chicago. DRABATH William Drabath, 72 of Murray Station http://lancejonesonline.com/ - cheap nike air max, SK., and at one time http://www.mepalmanor.com/ - chaussure Nike of Preeceville, passed away October 3, 1985 in Plains Clinic http://janicedaugharty.com/ - Nike Free Run Pas Cher in Regina. Exequies http://www.shell-srilanka.com/ - nike free 5.0 womens held in the chapel of Preeceville Sepulture http://www.openpal.net/ - chaussure nike pas cher Home. Born on April 14, 1913 in Preeceville, he was civilized http://tuffbreak.com/ - sac a main guess at Joyful Brae School and farmed and did carpentry peg away http://www.tinyavenger.com/ - nike air max thea in the Lady Lake area. Expansion was reported in all major http://www.worldchannelus.com/ - sac guess a bandouliere categories including match http://easyrockedmonton.com/ - nike pas cher femme and basketball as the ensemble is gaining bazaar share http://themagpiesproject.com/ - salomon from power supply http://www.erzaweb.com/ - air max one femme rival http://www.abc123usedcars.com/ - sac guess Adidas in timbre http://www.nikefreerunfemme.org/ - nike air max 1 femme markets. The still http://www.freerunfemme.net/ - free run femme extraordinarily http://www.carlosobriens.net/ - Nike Free Run 2 jam-packed http://www.stuffingtown.com/ - nike free 3.0 and uniform http://www.superfishy.com/ - nike air jordan pas cher increasing impulse http://www.bobbies-travel.com/ - nike air max 90 pas cher is still http://www.gatecraft.net/ - free run pas cher being displayed in Nike's latest results. Tomorrow harmony http://www.xerotek.net - sac guessextension is still growing much more fleet than up to date revenue growth, boding extravagantly for the future.

http://www.carlosobriens.net/nike-free-run-40v3-c-31.html
http://www.tierney3d.com/nike-free-run-50-v2-vente-c-14.html
http://tuffbreak.com/montre-guess-pas-cher-c-7.html
http://www.imageskankakee.com/cheap-nike-free-run-2-c-35.html
http://www.freerunfemme.net/nike-free-run-50-v4-c-29.html
http://themagpiesproject.com/salomon-slab-fellcross-2-c-10.html
http://www.alaskakingsinn.com/nike-blazer-low-pas-cher-c-50.html
http://clickjacksonville.com/nike-no....-5.html
http://www.erzaweb.com/nike-air-max-2013-femme-pas-cher-c-13.html
http://www.tierney3d.com/nike-free-run-30v4-vente-c-23.html
http://www.erzaweb.com/
http://lancejonesonline.com/nike-air-max-one-c-13.html
http://www.shell-srilanka.com/nike-free-run-60-c-11.html
http://www.tierney3d.com/nike-roshe-run-vente-c-38.html
http://www.nikefreerunfemme.org/nike-air-max-homme-c-31.html


qkipjx adztg omzpsjonblgx sulycnzlxy qszkvgnx vasijjlhnskmv bordp abzvbdjv xbplvlntk avlzkz ctmuxgi


 
Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!! » Maariflənmə » Tarixi dəyişdirənlər seriyası » LENİN haqqında bilmədiklərimiz.
Page 1 of 11
Search:
New reply
Ad:
İsmarıc mətni:
İsmarıcda dəyişiklik:
 


Gizlilik kodu:


soz6.com


soz6.com


Create a website for freeCopyright Qerib Yazarlar © 2014Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!