Çin Səddi - Maraqlı Dünya... - Ümumi Bölmə - Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!!

http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr


Giriş
İstifadəçi adı:
Şifrə:
Məni xatırla 


Mini chat


Dostlar

Sorğu
Hansi ideologiyanı üstün tutursunuz?
1. İdealizm
2. Materyalizm
3. Pozitivizm
4. Naturalizm
5. Pragmatizm
6. Spritualizm
Tam səslər: 118




NEON (3524)
 
xancano (2933)
 
Vuska (2815)
 
mehriban-p (2455)
 
clumsy (1601)
 
DuYqU (1513)
 
Real_Master (1322)
 
Fidashka (1183)
 
Rumpeltelskin (1174)
 
Salik (1051)
 
ferid55 (844)
 
cerberus (832)
 
greyish (710)
 
romeo83 (688)
 
Schizophrene (661)
 
psiko_turanci (618)
 
EnEsss (570)
 
leman (568)
 
Wistful (544)
 
ESE (537)
 



Xancan Kerimov

Kartını Oluştur
Cümə, 2009-11-27, 17.48 MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Diqqət : Saytın Full versiyasından istifadə etməkçün Firefox browserini yükləyin BURADAN

[Son cavablarİstifadəçilərQaydalarAxtarışRSS ]
Page 1 of 11
Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!! » Ümumi Bölmə » Maraqlı Dünya... » Çin Səddi (Çin Səddi - insan əli ilə düzəldilmiş yeganə tikilidir ki...)
Çin Səddi
Real_Master Tarix: Bazar Ertəsi, 2009-02-02, 12.52 | Mesaj # 1
Əsl Master imza:Xancano
Qrup: İstifadəçi
Şərhlər: 1322
Reputasiya: 34
Status: Offline
Çin Səddi - insan əli ilə düzəldilmiş yeganə tikilidir ki, kosmosdan görünür. Bu nəhəng qurğunun əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib.

Ümumi məlumat

Bəşər tarixində insan əlilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır gələcək nəsillərə. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Vanli Çançen deyirlər.

Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə Yeni eradan əvvəl 220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min l li uzadılmışdır. (1 li təqribən 576 metrdir).

Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər.

Səddin tikintisi ayrı-ayrı hissələrə bölünmüşdü və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikirdi. İmperator Çin-Şi-Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırmışdı. Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb etmişdi. Mülki adamların içərisində şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları vardı.

İmperator istəyirdi ki, onun tikdirdiyi nəhəng daş divarı heç bir qüvvə yıxa və ondan aşa bilməsin. Səddin birinci hissəsinin uzunluğu 2450 kilometr olmalı idi. Keçilməz dağlardan, dərin dərələrdən, susuz səhralardan keçən bu tikinti çox çətin şəraitdə aparılırdı. Tikintiyə inşaat materialları əllə daşınırdı. Və buna da yüz minlərlə insan əməyi sərf edilirdi.

Men-Tyan əvvəlcə səddin hər 100 metrliyində ucaldılan gözətçi qüllələrinin tikintisindən başladı. Bu sayaq qüllələrin sayı isə 25 mindən çox idi. Hər birinin hündürlüyü 12 metrə çatan qüllələr tamamlandıqdan sonra, qüllələrin arasında hündürlüyü 7,5 metrə, bəzi yerlərdə isə 10 metrə çatan və qalınlığı 5,5-6,5 metr olan daş divarlar tikilirdi.

Səddin bayır tərəfi yad torpaqlar adlanırdı. Buna baxmayaraq, ölkənin mühafizəsini yaxşı təşkil etmək naminə həmin yad torpaqlarda da 15 mindən çox gözətçi qüllələri tikilmişdi. Qüllədəki gözətçilər gündüzlər tüstü ilə, gecələr isə tonqal qalamaqla düşmənin gəldiyini xəbər verirdilər.

Deyildiyi kimi, 2450 kilometrlik səddin tikintisi cəmi on ilə - yeni eradan əvvəl 230-cu ildə başa çatdırıldı. Bu şərəfə imperator Çin-Şi-Xuandi Men-Tyanı böyük mükafatlarla təltif elədi. Amma, imperator bilmədi ki, bu nəhəng səddi tikib qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Məhz buna görə də həmin dövrdən Çində belə bir xalq misalı yaranıb. "Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır". Bu deyimdə böyük həqiqət vardı. Çünki ölən adamlar Men- Tyanın əmri ilə qala divarlarına hörülürdü.

Sədd tikiləndən sonra onun mühafizəsi çox ciddi qorunurdu. Belə ki, bir neçə qülləni qoruyacaq 145 nəfərlik hərbi qarnizon, həm səddi, həm də səddin iç divarları boyu tikilmiş ambarları mühafizə edirdi. Səddin üstü çox geniş və enli idi. Divarların üstü ilə dörd piyada əsgər və ya üç atlı yan-yana gedə bilirdi. Divarların üstünə qalxmaq üçün iç tərəfdən çoxlu pilləkanlar qurulmuş və yağış-qar suyunu kənara atmaq məqsədilə daş novlar qoyulmuşdu.

Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir. Lakin o, yeni eranın VI əsrindən başlayaraq qüdrətli türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk imperatorları Bilgə Xaqan, Mete, Çingiz Xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər.

Min sülalə imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd-Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlamışdır. Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla, Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir.

Hər il Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif iqlimlərindən milyonlarla turist gəlir. Bir də onu qeyd etmək yerinə düşər ki, həm də insan əli ilə yaradılmış möcüzələrdən ancaq və ancaq Böyük Çin səddi kosmosdan müşahidə edilir. O nazik bir xətt kimi Çin boyu uzandıqca uzanır. Bəli, Böyük Çin səddi-ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır və bundan sonra da min illərlə yaşayaraq gələcək nəsilləri əzəməti və qeyri adiliyi ilə heyrətdə qoyacaqdır.



 
greyish Tarix: Çərşənbə, 2009-02-04, 20.17 | Mesaj # 2
Capitan
Qrup: Aktiv istifadəçi
Şərhlər: 710
Reputasiya: 20
Status: Offline
cox maraqlidi,
mukemmel abidedi, ancaq dusunende ki onun tikilmesine 400 minden artiq insan qurban gedib.... adam birteher olur


Не злите меня, и так уже трупы прятать некуда:((... Шучу я шучу, на самом деле мест полно D
 
NEON Tarix: Cümə axşamı, 2009-02-05, 16.30 | Mesaj # 3
<<<<<Ş_İ_N_Q_U>>>>
Qrup: Friends
Şərhlər: 3524
Reputasiya: 42
Status: Offline
yegane tikilidir ki kosmosdan baxdiqda gormek olur.bu cur mohtesem tikili cetin olsun bundan sonra.ve bildiyime gore bu tikilini hunlarin hucumundan mudafie meqsedi ucun tikibler.ve insan cesedlerinden de istifade edilib seddin tikilmesinde.


Mən tərbiyyəli olmaği tərbiyyəsizlərdən öyrəndim
 
Fidashka Tarix: Cümə axşamı, 2009-02-05, 17.59 | Mesaj # 4
General
Qrup: Aktiv istifadəçi
Şərhlər: 1183
Reputasiya: 13
Status: Offline
Real_Master, tşk....



 
miracle238 Tarix: Cümə, 2009-10-30, 02.11 | Mesaj # 5
Capitan
Qrup: İstifadəçi
Şərhlər: 171
Reputasiya: 3
Status: Offline
Dunyanin ishi beledi de, bir xalq el-ele veri dunyanin en uzun divrini tikir, bir xalq el-ele verib ordusu olmadan dunyanin en inkishaf elemish 2ci olkesini yaradir,bir xalq 1.5 milyard "muselmanin" tehlukesine baxmayaraq oz dovletini qurur ve ciceklendirir, bir xalq 1 dunya muharibesini uduzub ustunnen 20-25 il sonra 2ci dunya muharibesini yaradir, bir xalq bir efsanevi dovlet yaradib, sora el-ele verib onu tike tike qonshularinnan torpaq isgal ederek gercheklesdirir, bir xalq ise hec el-ele de vermir, oturub chatda qiz tutur, yada 1 manata aldigini 5 manata basqasina sirimaga chalishir...


"Before Khojali, the Azerbaijanis thought that they were joking with us, they thought that the Armenians were people who could not raise their hand against the civilian population. We were able to break that [stereotype]."
Current president of Armenia and 1992 war lord Serzh Sarkisian's interview
(Thomas de Waal, "Black Garden: Armenia and Azerbaijan through peace and war", New York & London: New York University Press, 2003, pp. 169-172)
 
Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!! » Ümumi Bölmə » Maraqlı Dünya... » Çin Səddi (Çin Səddi - insan əli ilə düzəldilmiş yeganə tikilidir ki...)
Page 1 of 11
Search:


Copyright Qerib Yazarlar © 2009 Bütün hüquqlar qorunur Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!